Azərbaycan yığması Qətər millisi ilə qarşılaşacaq

Azərbaycan yığması Qətər millisi ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan yığması Qətər millisi ilə qarşılaşacaq. Bu barədə apasport.az saytına milli komandamızın baş məşqçisi Robert Prosineçki məlumat verib. Xorvatiyalı çalışdırıcı bildirib ki, milli komanda mart ayında Qətərdə təlim-məşq toplanışında olacaq. Belə ki, martın 6-da Bakıda bir araya gələcək yığma üzvləri növbəti gün yola düşəcək. Meydan sahibləri ilə sınaq matçı isə martın 9-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə