Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XIII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 18 ölkəni təmsil edən 400-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.
Fizika fənni üzrə "İstək" liseyinin şagirdləri Fərhad Allahverdiyev gümüş, Səbuhi Mikayılov bürünc, riyaziyyat fənni üzrə həmin liseydə təhsil alan Anar Abbaslı və Mirəli Əhmədli isə bürünc medal qazanıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB