Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, Dortmund təmsilçisi İsveçin AİK klubundan 17 yaşlı hücumçu Aleksandr İsakı transfer edib. İsveçli forvardla bu gün rəsmi müqavilə imzalanıb. "Borussiya" gələcəyin ulduzu üçün 8,6 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Madridin "Real" klubunun da transfer gündəmində olan gənc futbolçu AİK-in heyətində cari mövsüm 24 oyuna 10 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB