Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb

Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb

Bu gün Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, komandalar qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər. Qrup birinciləri səbətinə "Arsenal" (qrup "A", İngiltərə), "Napoli" ("B", İtaliya), "Barselona" ("C", İspaniya), "Atletiko Madrid" ("D", İspaniya), "Monako" ("E", Fransa), "Borussiya Dortmund" ("F", Almaniya), "Lester Siti" ("G", İngiltərə) və "Yuventus" ("H", İtaliya) komandaları daxil edilib.

Qrup ikinciləri səbətində isə "Paris Saint-Jermain" (qrup "A", Fransa), "Benfika" ("B", Portuqaliya), "Mançester Siti" ("C", İngiltərə), "Bayern Münxen" ("D", Almaniya), "Bayer Leverkuzen" ("E", Almaniya), "Real Madrid" ("F", İspaniya), "Porto" ("G", Portuqaliya) və "Sevilya" ("H", İspaniya) yer alıb.

Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı klubla qarşılaşa bilməz.

Püşkün nəticələri aşağıdakı kimidir:

"Mançester Siti" (İngiltərə)– "Monako" (Fransa)

"Real Madrid" - "Napoli" (İtaliya)

"Benfika" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

"Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə)

"Porto" (Portuqaliya) - "Yuventus" (İtaliya)

"Bayer" (Almaniya) - "Atletiko" (İspaniya)

"PSJ" (Fransa) - "Barselona" (İspaniya)

"Sevilya" (İspaniya) - "Lester" (İngiltərə).

1/8 final mərhələsinin ilk qarşılaşmaları gələn il fevralın 14-15-də və 21-22-də təşkil olunacaq. Cavab görüşləri isə martın 7-8-də və 14-15-də oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə