Radik İsayev Qran-pridə mübarizəni dayandırdı

Radik İsayev Qran-pridə mübarizəni dayandırdı

Bakıda keçirilən taekvondo üzrə "Qran-Pri" turnirinin final mərhələsinin son gününə start verilib. SİA-nın məlumatına görə, Rio Yay Olimpiya Oyunlarının qalibi, öz çəkisinin lideri Radik İsaev (+80 kq) rusiyalı Roman Kuznetsovla qarşılaşıb. İdmançımız məğlub olaraq yarışda çıxışını dayandırıb.

Reytinqdə 12-ci yerdə qərarlaşan Ayxan Tağızadənin rəqibi (-68 kq) Koreya Respublikasından Seok-bae Kim olacaq. Bu yarışda yeganə qadın təmsilçimiz Yaprak Eriş (-57 kq) ilk döyüşünü Hedaya Malakla keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə