Şahin Diniyev: "Heyətdə itkilərin olması məni narahat edir" AÇIQLAMA

Şahin Diniyev: "Heyətdə itkilərin olması məni narahat edir" AÇIQLAMA

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz" paytaxtında "Şahdağ"la görüşəcək. SİA-nın məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev oyun öncəsi qarşıdakı görüşlə bağlı açıqlama verib: "Çempionat və ya kubok oyunundan, rəqibdən asılı olmayaraq biz hər bir qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Kubokda yolumuzu davam etdirmək istəyirik. Ona görə də "Şahdağ"a ciddi yanaşırıq. Qusar klubuna hörmətimiz var.

Heyətdə itkilərin olması məni narahat edir. Əsas heyətdən dörd futbolçunun yoxluğu bizə çətinlik yarada bilər. Amma ümid edrəm ki, digər oyunçular bunu hiss etdirməyəcəklər. Hesabla bağlı proqnoz vermək olmaz.

"Şahdağ" motivasiya ilə oynayacaq. Birinci dəstə klubu olmasına baxmayaraq, rəqib özünü göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Mübarizəli oyun olacaq. Komandamızı asan matç gözləmir. "Kəpəz"i indidən "İnter"ə rəqib saymaq olmaz. Təhlükəli yanaşmadır, çünki biz əvvəlcə "Şahdağ" səddini keçməliyik. Zəif rəqiblə oynamırıq. Kiməsə zəif kimi baxsan, oyunda problem ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə