"Bavariya"nın futbolçusu Aryen Robbenin zədəsi ciddi deyil. Bu barədə alman klubunun rəsmi saytı məlumat dərc edib. Xəbərdə deyilir ki, hollandiyalı yarımmüdafiəçi yaxın günlərdə məşqlərə başlayacaq. Onun Almaniya bundesliqasının 11-ci turunda "Borussiya"ya (Dortmund) oyuna hazır olacağı bildirilib. Qeyd edək ki, A.Robben DÇ-2018-in seçmə mərhələsində Lüksemburqa qarşı görüşdə (3:1) zədələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB