Bu gün Topaz Premyer Liqasının IX turunda "Sumqayıt" "Qəbələ"ni qəbul edib. SİA-nın məlumatına görə, "Kapital Bank Arena"da keçirilən qarşılaşmada heç-heçə qeydə alınıb. Oyunun 46-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Yusif Nəbiyev hesabı açıb. Daha sonra isə "Qəbələ"nin futbolçuları Rəşad Eyyubov (64-cü dəqiqə) və Filip Ozobiç (73-cü dəqiqə) fərqlənib. Qarşılaşmanın 90 +4-cü dəqiqəsində Amil Yunanov hesabda tarazlıq yaradıb və oyun bu hesabla da başa çatıb.
25 oktyabr
16:00. "Sumqayıt" – "Qəbələ" - 2:2
Qol: Yusif Nəbiyev, 46 (1:0), Rəşad Eyyubov, 64 (1:1), Filip Ozobiç, 73 (1:2), Amil Yunanov, 90+4 (2:2)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB