Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə qarşılaşacaq "Qəbələ" bir qədər sonra Fransaya yola düşəcək. SİA-nın məlumatına görə, komanda çarter reysi ilə birbaşa Sent Etyen şəhərinə yollanacaq. Sabah oyunun keçiriləcəyi stadionda "Qəbələ"nin məşqi nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək "Sent Etyen" –-"Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB