“Williams” yeni təhlükəsizlik kəmərini test edəcək

“Williams” yeni təhlükəsizlik kəmərini test edəcək

Valtteri Bottas Formula 1 üzrə Sinqapur Qran-prisində təhlükəsizlik kəməri ilə bağlı problem yaşamışdı. Buna görə də "Williams" komandası Yaponiyada yeni təhlükəsizlik kəmərini test edəcək. SİA-nın məlumatına görə, komanda təhlükəsizlik kəməri istehsal edən OPM şirkəti ilə müqavilə bağlayıb.

Həm Valtteri Bottas, həm də Felipe Massa "Suzuka"da – Yaponiya Qran-prisində OPM-in kəmərlərini test edəcəklər. Bu barədə komandanın yarış mühəndisi Rob Smedli danışıb: "Bunu başa düşmək çətindir. Bağlamaqda problem olmadığı halda, təhlükəsizlik kəmərlərində az hallarda problem olur. Səbəbi nə olursa-olsun, bu yaşanmamalı idi. Sürücülərimizin təhlükəsizliyi bolidin sürətindən daha vacibdir. İstehsalçını dəyişdirəcəyik. Yaponiyada yeni dizayn yoxlayacağıq. Hər şey yaxşı olsa, bu kəmərləri ABŞ Qran-prisindən başlayaraq istifadə edə bilərik". //F-1.az

Bütün xəbərlər Facebook səhifəmizdə