"İmperator" Nyu Yorka gedib

"Qalatasaray" futbol klubunun yeni baş məşqçisi Fatih Terim, qızının ali təhsilini başa vurması ilə bağlı Nyu Yorkda təşkil edilən mərasimlərdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb. Siasport.az saytı xəbər verir ki, anası Fulya Terimin də iştirak etdiyi mərasimdə, F.Terimin böyük qızı Merve də bacısını tək buraxmayıb. Nyu Yorka uçmaq üçün Atatürk hava limanında uçuş vaxtını gözləyən "Qalatasaray"ın yeni baş məşqçisi, onu hərarətlə qarşılayan sərnişinlərlə şəkil çəkdirib, aftoqraflar paylayıb. "İmperator"un şənbə günü İstanbula dönəcəyi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə