"Mançester Yunayted" Xuan Mata ilə müqaviləni yeniləyəcək

"Mançester Yunayted" Xuan Mata ilə müqaviləni yeniləyəcək

"Mançester Yunayted" futbolçusu Xuan Mata ilə müqaviləni yeniləməyə hazırlaşır. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Joze Mourinyonun istəyi ilə 28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmasına qərar verilib.

Yaxın günlərdə X.Mata ilə rəsmi müqaviləyə imza atılacağı bildirilib. Qeyd edək ki, X.Mata bu mövsüm 7 oyuna 2 qol vurub, 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə