Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının son turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, \"İnter\" və \"Bakı\" üz-üzə gəliblər. \"Bankirlər\" oyunun 27-ci dəqiqəsində Rövşən Əmiraslanovun qolu ilə \"Bakı\"nı 1:0 hesabı ilə məğlub ediblər. \"Qarabağ\" isə \"Azal\"a 1:3 hesabı ilə məğlub olub. Son ölkə çempionu \"Neftçi\" isə Tofiq Bəhramov adına respublika stadionunda əzəli rəqibi \"Xəzər Lənkəran\"ı qəbul edib. Birinci hissədə tərəflərin səyinə baxmayaraq oyunda qol səsi eşidilməyib. İkinci hissə başlayan kimi isə \"ağ qaralar\" əzəli rəqiblərinin qapısına yol tapa biliblər. Belə ki, \"Neftçi\"nin gənc futbolçusu Cavid İmamverdiyev Kamran Ağayevin qoruduğu qapını sərrast nişan alıb -1:0. Amma Lənkəran təmsilçisi də rəqibinin tez sevinməsinə icazə verməyib. Vurulan qoldan cəmi 1 dəqiqə sonra Julius Vobay \"ağ qaralar\"ı məyus edib-1:1. Bundan sonra qarşılaşma daha dramatik mübarizə şəkli alıb və nəticədə qarşılaşmanın 52-ci dəqiqəsində Rəşad Abdullayev qırmızı vərəqə alaraq meydandan qovulub. \"Neftçi\"nin 10 nəfərlə qalmasına baxmayaraq Lənkəran təmsilçisi qələbə topu vura bilməyib. Beləliklə, bu mövsümdə iki əzəli rəqibin sonuncu qarşılaşmasında qalib tərəf müəyyən olunmayıb. Oyundan sonra isə \"Neftçi\"yə çempionluq kuboku təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB