Joze Mourinyo artıq dünya futbolunda, hələ heç bir məşqçinin indiyə qədər nail ola bilmədiyi tarixi rekorda imza atıb. Siasport.az saytı xəbər verir ki, dünən gecə əzəli rəqibi "Barselona"nı 1:0 hesabı ilə məğlub edərək, 1993-cü ildən sonra ilk dəfə İspaniya kral Kubokunu muzeyinə aparan "Real Madird" futbol klubu, eyni zamanda baş məşqçisini də tarixə qızıl hərflərlə həkk edib. Çünki hələ indiyə qədər portuqaliyalı futbol mütəxəssisi Joze Maurinyo kimi heç bir baş məşqçi 4 ayrı-ayrı ölkənin futbol klubunda çalışaraq, baş məşqçisi olduğu 4 klubda da Kubok sevinci yaşamayıb. Ən önəmlisi isə J.Maurinyo Kral Kubokunu 18 ildən sonra "Real"a qazandıran baş məşqçi kimi də "Real"ın tarxixinə həkk oldu. Xatırladaq ki, J.Maurinyo ard-arda "İnter", "Çelsi", "Porto" və nəhayət "Real Madrid" futbol klublarında baş məşqçi olaraq Portuqaliya, İtaliya, İngiltərə və İspaniya Kuboklarını başı üzərinə qaldırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB