“İnter” “Samtredia”ya 2 cavabsız qol vurub FOTOLAR

“İnter” “Samtredia”ya 2 cavabsız qol vurub FOTOLAR

Gürcüstanda təlim-məşq toplanışında olan Bakı "İnter"i yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "bankirlər" yerli "Samtredia" klubu ilə qarşılaşıb. Zaur Svanadze həmyerliləri ilə oyunda start heyətndə aşağıdakı futbolçulara şans verib:

Orxan Sadıqlı, Slavik Alxasov, Denis Silva Kruz, Adrian Skarlatake, İlkin Qırtımov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Məmməd Quliyev, Mirsahib Abbasov, Samir Zərgərov, Rauf Əliyev.

Oyun "İnter"in 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Təmsilçimizə qələbə gətirən qolları Slavik Alxasov və Samir Zərgərov vurub.

Xatırladaq ki, Avroliqanın qrup mərhələsinə yüksələn "Qəbələ" ilk təsnifat mərhələsində məhz "Samtredia"nı mübarizədən kənarlaşdırıb.

















Bütün xəbərlər Facebook səhifəmizdə