Useyn Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub. SİA-nın məlumatına görə, beləliklə də yamaykalı sprinter 9 qat Olimpiya çempionu adını qazanıb.
Yarışda Yamayka yığması (Useyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə birinci, Yaponiya yığması ikinci (37,60), ABŞ yığması isə üçüncü yeri tutub (37,62).
Bundan əvvəl isə Useyn Bolt 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiadalarda 6 qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB