Arda Turan nə demək istədi
Zədəsi səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Arda Turan dünən Türkiyə millisinin heyətində Avstriyaya qarşı matçda gözəl oyunu ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, Arda türklərin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada ilk qolun müəllifi olub.

Vurduğu qoldan sonra Ardanın bir hərəkəti diqqətdən yayınmayıb. Komanda yoldaşları ilə sevincini bölüşdükdən sonra futbolçu üzünü jurnalistlərin yer aldığı tribunaya tuturaq əliylə - \"yaz, bunu da yaz\" - mesajını verib.

Matçdan sonra açıqlama verən Arda hərəkətini belə şərh edib: \"O hərəkəti jurnalistlərin yerləşdiyi tribunaya qarşı etmədim. Onsuz da, sahibi mesajı aldı. Mən sadəcə futboldan danışmaq üçün burdayam. Uzun zamandı futbol oynamıram. Mənə zədəli olduğum zamanlarda kömək edən hər kəsə təşəkkür edirəm. Arda gülürsə, bunun səbəbini hər kəs özündə axtarmalıdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com