"Çelsi" Məhəmməd Salahı "Roma"ya satdı

"Çelsi" Məhəmməd Salahı "Roma"ya satdı

İngiltərənin "Çelsi" futbol klubu daha bir futbolçusu ilə vidalaşıb. İngilis klubunun rəsmi saytının yaydığı xəbərə görə, "Çelsi" Məhəmməd Salahı "Roma"ya birdəfəlik satıb. Qeyd edək ki, M.Salah ötən mövsüm icarə əsasında "Roma"da çıxış edib. O, İtaliya klubunda oynadığı 42 görüşdə 15 qol vurub və 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə