Bakının "İnter" klubunun baş məşqçisi Zaur Svanadze Türkiyə toplanışı çərçivəsində "Elazığspor"la qolsuz bərabərə qaldıqları oyunu şərh edib. SİA-nın məlumatının məlumatına görə, o, qarşılaşma haqda belə deyib: "Oyun normal keçdi. Futbolçular mübarizə apardılar. Birinci hissədə yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Müdafiəçilərimiz də dəqiq oynadılar. Ona görə "Elazığspor"la qarşılaşma pozitiv alındı. Növbəti oyun Gürcüstanın "Kolheti Poti" komandası ilə olacaq. Sonra mövsümün startına hazırlaşmağa başlayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB