AFFA-nın dəvəti müsbət cavablandırılır

AFFA-nın dəvəti müsbət cavablandırılır
Xəbər verdiyimiz kimi, iyunun 8-də Buta Sarayında Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı təntənəli mərasim keçiriləcək. Sisport.az saytı xəbər verir ki, tədbirdə beynəlxalq futbol qurumları ilə yanaşı, FİFA və UEFA-nın üzvü olan milli assosiasiyaların rəhbərlərinin iştirakı gözlənilir. Artıq AFFA-nın dəvətinə bir neçə federasiyanın rəhbərliyi tərəfindən yubiley tədbirlərində iştirakla əlaqədar təsdiq cavabı göndərilib. Onların siyahısını diqqətinizə çatdırırıq:

Belçika

Xorvatiya

Danimarka

İngiltərə

Finlandiya

Gürcüstan

Almaniya

Yunanıstan

Rusiya

Serbiya

İsveç

İsveçrə

Türkiyə

Ukrayna

Qeyd: AFFA-nın Konfransında çıxış edən UEFA prezidentinin müşaviri Paskal Torresin verdiyi məlumata görə, UEFA-nın prezidenti Mişel Platini Azərbaycan futbolunun 100 illik yubiley tədbirində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня