Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Kəpəz" - "Admira" (Avstriya) görüşünün hakimləri müəyyənləşib. SİA-nın məlumatına görə, iyulun 20-də "Dalğa Arena"da keçiriləcək qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Vitali Meşkov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, bu komandalar arasında Avstriyada keçirilmiş ilk görüşdə "Admira" 1:0 hesablı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB