Azərbaycan şahmatçıları dünyada neçəncidirlər?

Azərbaycan şahmatçıları dünyada neçəncidirlər?

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünyanın ən güclü qrossmeysterlərinin növbəti reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, birinci yeri əvvəlki tək hindistanlı Vişvanatan Anand tutur. Onun Elo sistemi üzrə 2817 xalı var. Norveç şahmatçısı Maqnus Karlsen liderdən cəmi iki xal geri qalır.

Dünya reytinqinin ilk onluğunda sonrakı yerlər belə bölüşdürülüb: Vladimir Kramnik (Rusiya, 2785), Vasili İvançuk (Ukrayna, 2779), Sergey Karyakin (Rusiya, 2776), Veselin Topalov (Bolqarıstan, 2775), Hikaru Nakamura (ABŞ, 2774), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2772), Aleksandr Qrişuk (Rusiya, 2747).

Qeyd edək ki, uzun müddət dünya reytinqində 13-cü pillədə olan Azərbaycan şahmatçısı Vüqar Həşimov indi 2746 xalla 11-ci yerdə qərarlaşıb. Dünyanın ən güclü 100 şahmatçısı arasında Teymur Rəcəbov (2744) 12-ci, Rauf Məmmədov (2667) isə 77-ci yerdədir.

Ölkələrin reytinqində Rusiya birinci, Ukrayna ikinci, Çin üçüncü yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə