Fanat İdman Agentliyi \"İnter\" və PFL-dən izahat tələb edir

Fanat İdman Agentliyi \"İnter\" və PFL-dən izahat tələb edir
Fanat İdman Agentliyi Peşəkar Futbol Liqası və \"İnter\" Peşəkar İdman Klubundan izahat tələb edir. Siasport.az saytı xəbər verir ki, bu barədə agentlik internet saytı vasitəsi ilə məlumat yayımlayıb. Məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:


\"Həmişə mətbuata qarşı ögey münasibəti ilə seçilən \"İnter\" daha bir özbaşınalığa imza atdı. Ötən gün keçirilən \"İnter\" - \"Xəzər Lənkəran\" oyunundan sonra Fanat.az saytının əməkdaşı Pərvin Kazımoğlu heç bir səbəb olmadan \"Şəfa\" stadionundan kənarlaşdırıldı.

\"İnter\"in mühafizə xidmətinin rəhbəri və əməkdaşları jurnalistə qarşı zor tətbiq edib, təhqiramiz ifadələr işlətdi, onu jurnalistlər üçün ayrılmış sektora və mətbuat konfransına buraxmadı.

Hadisədən sonra dərhal Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə və \"İnter\" rəsmilərinə baş verənlərlə bağlı məlumat verilib. Fanat İdman Agentliyi olaraq, əməkdaşımıza qarşı edilmiş özbaşınalıqla bağlı Peşəkar Futbol Liqası və \"İnter\" Peşəkar İdman Klubundan izahat tələb edirik!\"

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB