\"İnter\"in mühafizə xidmətinin rəhbəri və əməkdaşları jurnalistə qarşı zor tətbiq edib, təhqiramiz ifadələr işlətdi, onu jurnalistlər üçün ayrılmış sektora və mətbuat konfransına buraxmadı.Hadisədən sonra dərhal Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə və \"İnter\" rəsmilərinə baş verənlərlə bağlı məlumat verilib. Fanat İdman Agentliyi olaraq, əməkdaşımıza qarşı edilmiş özbaşınalıqla bağlı Peşəkar Futbol Liqası və \"İnter\" Peşəkar İdman Klubundan izahat tələb edirik!\"