Nikolas Anelka “Çelsi”ni qələbəyə daşıdı 2:0

Nikolas Anelka “Çelsi”ni qələbəyə daşıdı 2:0

Dünən gecə Çempionlar Liqasının 1/8 final mərhələsənin ilkin qarşılaşmalarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Danimarkada "Kopenhagen"lə münasibətlərinə aydınlıq gətirən İngiltərənin "Çelsi" futbol klubu gözlənilənlərin əksinə olaraq sensasiyaya imkan verməyib. İngilis təmsilçisi, qarşılaşmanın hər iki hissəsində oyuna nəzarəti ələ aldığından əlavə problem yaşamayıb. Bunun məntiqi nəticəsi olaraq artıq qarşılaşmanın 17-ci dəqiqəsində "Çelsi"nin forvardı, İstsanbulun "Fənərbaxça" futbol klubunun keçmiş futbolçusu Nikolas Anelka mükəmməl zərbə ilə topu rəqib qapısından keçirib. İkinci hissədə də topa nəzarəti əlində saxlayan ingilis klubu yenə N.Anelkanın 54-cü dəqiqədə vurduğu ikinci qolla hesabı 2:0 öz xeyrinə dəyişib. Artıq 2:0 hesablı qələbə ilə qarşılaşmanı başa çatdıran "Çelsi" demək olar ki, növbəti mərhələnin bir addımlığındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə