Teymur Rəcəbov: "Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq" AÇIQLAMA
"Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biridir. İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq". SİA-nın məlumatına görə, bunu şahmat üzrə milli komandamızın üzvü Teymur Rəcəbov deyib.
O qeyd edib ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq. Şahmatçının sözlərinə görə, olimpiadaya ilk hazırlıq mərhələsi yaxşı keçib.
"Mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Millimizin layiqli çıxış etməsi üçün çalışacağıq", -deyə T.Rəcəbov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB