Dopinqlə bağlı qanun layihəsi hazırlanır

Dopinqlə bağlı qanun layihəsi hazırlanır

Bu gün Mill Məclisin Gənclər və idman komitəsinin "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanmasında yaradılan İşçi Qrupunun iclası keçirilib. SİA-nın xəbərinə görə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, komitə üzvləri, xarici işlər nazirliyinin, idman federasiyalarının nümayəndələri və digərləri iştirak ediblər.

İclasda ilk çıxış edən komitə sədri Fuad Muradov söyləyib ki, komitə gənclər və idman naziri Azad Rəhimovun təkliflərini nəzərə alaraq Azərbaycanda dopinqə qarşı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addım ataraq "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsini hazırlanması ilə bağlı qərar verib: "Biz bu layihənin hazırlanmasına başladıqda bütün dövlət qurumlarından böyük dəstək aldıq. Hələlik qanun layihəsi yoxdur layihə təklif və tövsiyyələr əsasında hazırlanacaq. Bu gün komitəmizin əsas məqsədi qanunvericilik bazasnın təkmilləşdirilməsindən ibarətdir. Bununla bağlı bir neçə ölkənin qanunvericiliyinə baxılıb, səslənən təkliflər də nəzərə alındıqdan sonra yenidən bir araya gələcəyik.Layihənin müəyyən istiqamətləri gələn sessiyaya kimi müəyyənləşdirilməlidir. Bununla bağlı əsas koordinasiya işini millət vəkili Ülvi Quliyev həyata keçirəcək".

Komitə sədri söyləyib ki, ümumiyyətlə, Beynəlxalq Antidopinq təşkilatı 7 mindən artıq dərmandan istifadəyə qadağa qoyub. Təbii ki. idmançılar həmin dərmanlardan istifadə edə bilməzlər. Əgər istifadə olunursa,həmin təşkilat dərhal idmançılara, federasiyalara qarşı müəyyən sanksiyalar tətbiq olunur. Çox təəssüf ki, dünyada dopinqin istifadəsir gəncləşir. Bu, həm ölkəyə, həm də gələcəyimizə ziyandır. Azərbaycanda gənclər və idman nzirliyinin nəzdində Antidopinq Komissiyası yaradılıb. Yaranan gündən bu proseslərin tənzimlənməsinə başlanıb. Ümumiyyətlə Azərbaycan ilk olaraq UNESCO-nun "İdmanda dopinqə qarşı mübarizə" adlı beynəlxalq konvensiyaya, Antidopinq üzrə Kopenhagen Bəyənnaməsi, eləcə də Avropa Antidopinq Konvensiyasına qoşulub".

Ölkəmizdə bu istiqamətdə ciddi işlərin getdiyini deyən F. Muradov söyləyib ki, dünyada gedən antidopinq siyasəti bir çox hallarda neqativ nəticələrə gətirib çıxarır: "Dünya Antidopinq Agentliyi 2004-cü ildən fəaliyyətə başlayıb və bu günə qədər cərimələr, sanksiyalar tətbiq olunur. Elə cəhətlər var ki, biz onlarla razı deyilik. Bəzən hansısa öləkələrə xüsusi yanaşmalar edilir. Biz yığma üzvlərimizə cərimələrin tətbiq olunmasının tərəfdarı deyilik. Çünki cərimələr sayəsində komandalarımız yarışlarda iştrak hüququndan məhrum ola bilərlər. Bu gün Azərbaycanda həyata keçirilən idman islahatları əslində bizə bu cərimələrdən qaçmağa imkan verir. Bu gün ölkmizdə federasiyaların işi ilə bağlı bir sıra narahatlıqlar var. Ölkədə 100-dən çox federasiyalar var və biz istəyirik ki, onlar bu işə daha ciddi yanaşsınlar. Bu məsələdə əsas məsuliyyət inların üzərinə düşür".

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, söügedən problem bütün dünya üçün mühüm problemə çevrilib. Onun sözlərinə problemi yaradan amil dopinqlə bağlı məsələlərin şəxsi maraqlar üzərində qurulmasıdır. Çox təəssüf ki, dopinqə qarşı təmiz mübarizə aparılmır.

Daha sonra çıxış edənlər bildirib ki, sözügedən qanun layihəsi hazırlandıqdan sonra dopinqlə bağlı problemlərin qarşısı alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə