Luis Hamilton Bakıda 3-cü dəfə qələbə qazandı

Luis Hamilton Bakıda 3-cü dəfə qələbə qazandı

Bakıda Formula-1 üzrə Avropa Qran Prisinin 3-cü test yarışına yekun vurulub. SİA-nın məlumatına görə, "Mercedes" komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton bu yarışı da 1-ci pillədə başa vurub. Yürüşün trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,352 saniyə olub.

L.Hamiltonun komanda yoldaşı Niko Rosberq yarışı 2-ci, "Force İndia" komandasının pilotu Niko Hulkenberq isə 3-ncü pillədə başa vurublar.

Qeyd edək ki, Formula-1 üzrə Avropa Qran Prisinin sıralama yürüşü saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə