Ölkəmizdə futbol idarəçiliyinin yüksək səviyyəyə çatdırılması və müasir tələblərə cavab verən şəkildə qurulması məqsədilə AFFA tərəfindən yeni layihənin tətbiqi nəzərdə tutulub. Siasport.az saytı xəbər verir ki, AFFA ilə Liverpul Universiteti arasında uzun müddət aparılan danışıqlar müsbət nəticələnib. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşüb. Görüşdə Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB