Şəhriyar Məmmədyarov: "Oyunun sonunda cüzi problemlə rastlaşdım" AÇIQLAMA

Şəhriyar Məmmədyarov: "Oyunun sonunda cüzi problemlə rastlaşdım" AÇIQLAMA

"ShamkirChess 2016" superturinin 4-cü turunun son oyunu Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov və Çin təmsilçisi Hou Yifan arasında keçirilib. SİA-nın məlumatına görə, 56-cı gedişədək davam edən görüş heç-heçə nəticələnib. Hər iki rəqib gərgin keçən oyun barədə fikirlərini bildirib:

Şəhriyar Məmmədyarov: "Oyunu debütdə bərabərləşdirdim. Sonrakı hissədə üstünlüyümü artırmaq istədim, lakin buna nail ola bilmədim. Bu gün qələbə qazanmaqda israrlı idim, amma oyunun sonunda cüzi problemlə rastlaşdım. Dəqiq oyunla bərabərliyi saxlaya bildim. Ümumiyyətlə, mənim həmişə qadınlarla oyunum çətin alınır. Amma bu dəfə problem yaşamadım, məyus olmadım və xal bölgüsü ilə ayrıldıq".

Hou Yifan: "Şəhriyar Məmmədyarov çox güclü şahmatçıdır. Bu gün məqsədim möhkəm oynayıb, uduzamamaq idi. Məqsədimə nail oldum. Ona görə riskli gedişləri seçmirdim. Vəzir sonluğunda xırda üstünlüyüm var idi, amma rəqib dəqiq oyunla heç-heçə edə bildi. Çox şadam ki, dünya şahmatının güclü simalarının biri sayılan Şəhriyar Məmmədyarov ilə sülh bağladım".

Bütün xəbərlər Facebook səhifəmizdə