FİDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"da olub. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarış zalı ilə tanış olan Beynəlxalq Şahmat Federasiyasının rəhbəri gördüklərindən razı qalıb. FİDE prezidentinə təhlükəsizlik və tibb məsələləri, eləcə də arenada media otağının təşkili barədə məlumat verilib.
"Crystal Hall"ın möhtəşəm arena olduğunu söyləyən FİDE prezidenti Kirsan İlyumjinov Bakının Şahmat Olimpiadasını keçirməyə hazır olduğunu qeyd edib.
Nəzərinizə çatdıraq ki, Kirsan İlyumjinov bu gün Şəmkirdə Vüqar Həşimovun xatirə turnirində iştirak edəcək.




.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB