Azərbaycan çempionatında “iki hakimiyyətlilik” davam edir

Azərbaycan çempionatında “iki hakimiyyətlilik” davam edir

Respublika Şahmat Mərkəzində keçirilən qadınlar arasında Azərbaycan çempionatında 5-ci turun görüşləri başa çatıb. Siasport.az saytı xəbər verir ki, hesabat turunda yalnız Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova qarşılaşmasında sülh bağlanıb. Digər oyunlarda isə "ağlar"ın qələbəsi qeydə alınıb. Cütlüklər və nəticələr aşağıdakı kimidir:

Türkan Həsənova - Xəyalə Abdulla 1-0
Gülnar Məmmədova - Nərmin Kazımova 1-0
Nərgiz Umudova - Nərmin Xələfova 1-0
Ülviyyə Fətəliyeva - Məmmədyarova Zeynəb 0.5-0.5
Türkan Məmmədyarova - Pərvanə İsmayılova 1-0
Xəyalə İsgəndərova - Səbinə Quliyeva 1-0

5 turdan sonra turnir cədvəlində "iki hakimiyyətlilik" davam edir. 4 xala malik Zeynəb Məmmədyarova və Nərgiz Umudovanın liderlik uğrunda mübarizəsi davam edir.

Beləliklə turnir cədvəlinə nəzər salaq:
Zeynəb Məmmədyarova, Nərgiz Umudova - 4, Nərmin Kazımova - 3.5, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova - 3, Xəyalə İsgəndərova, Səbinə Quliyeva, Pərvanə İsmayılova - 2, Xəyalə Abdulla - 1.5, Nərmin Xələfova, Türkan Həsənova - 1.

Bütün xəbərlər Facebook səhifəmizdə