İbrahimoviçin PSJ dövrünü başa çatdı

İbrahimoviçin PSJ dövrünü başa çatdı

Fransanın PSJ futbol klubunun hücumçusu Zlatan İbrahimoviç komandadan gedəcəyini açıqlayıb. PSJ-nin mətbuat xidməti xəbər verir ki, forvard Fransa çempionatının yekun turunda "Nant"a qarşı ev oyununda vida matçına çıxacaq. Bosniya əsilli İsveç futbolçusu PSJ-dən gedişini müqavilə müddətinin sona çatması ilə əlaqələndirib. Onun fikrincə, karyerasının indiki mərhələsində klubunu dəyişməsi məsləhətdir.

"Mən son dördillik karyeramla fəxr edirəm. Paris komandası futbol aləmində ulduz klublardan birinə çevrilib və mənim də bu inkişafda rolum əvəzsizdir. Komanda yoldaşlarıma, texniki heyətə və PSJ-də olan hər kəsə minnətdaram. Qəlbim hər zaman oyunlarda məni dəstəkləyən Paris fanatları ilə qalacaq. Vidalaşmıram, sadəcə "hələlik" deyirəm. Kral kimi gəldim, əfsanə kimi gedirəm, lakin dönəcəm", - deyə İbrahimoviç "twitter" səhifəsində bölüşüb.

2012-ci ildən Paris klubunda forma geyən forvard 178 görüşdə meydana çıxıb. 152 qola sahib Zlatan 60 həlledici ötürmə ilə yadda qalıb. O, əvvəllər "Milan", "Malmö", "Ayaks", "Yuventus", "İnter" və "Barselona" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə