Bakı 2017 İslam Həmrəyliyi Oyunları MOK-lar üçün Açıq Gün keçirir FOTOLAR

Bakı 2017 İslam Həmrəyliyi Oyunları MOK-lar üçün Açıq Gün keçirir FOTOLAR

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, MOK-dan olan iştirakçılar IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına qalan bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən sualları müzakirə etməklə bərabər, eyni zamanda hazırlıq işləri ilə daha yaxından tanış olmaq məqsədi ilə idman oyunlarının keçiriləcəyi yarış məkanlarında da olacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Bakı 2017 üçün bu cür müstəsna əhəmiyyətli həftədə paytaxtımıza gələn çoxsaylı qonaqları qarşılamaqdan məmnun olduq. Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına artıq bir ildən də az vaxt qalıb və mən əminəm ki, MOK-lar öz idmançıları üçün yaradılmış imkanlardan məmnun qalıblar. Biz gələn il uğurlu bir idman tədbirinin keçiriləcəyinə əminik".

Qeyd edək ki, bu gün keçirilən iclasda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin 70 üzvünü qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə