"Tottenhem" "Vest Hem"lə heç-heçə edib

İngiltərə Premyer Liqasında 35-ci turun daha bir oyun keçirilib. SİA-nın məlumatına görə, çempionluq iddiasının davam etdirən "Tottenhem" evdə "Vest Hem"i qəbul edib. Londonda baş tutan görüşdə qalib müəyyənləşməyib. Fasiləyə 1:0 öndə yollanan "Tottenhem" ikinci hissədə üstünlüyünü əldən verib - 1:1. Bununla da, lider "Lester Siti"dən 7 xal geri düşən "Tottenhem" çempionluq yolunda ağır zərbə alıb.

Qeyd edək ki, bu görüşdə hər iki qolu eyni futbolçu vurub. "Vest Hem"in futbolçusu Dauson 33-cü dəqiqədə avtoqolla yadda qalıb. Lakin fasilədən sonra "Tottenhem"in qapısına yol tapan futbolçu komandasına 1 xal qazandırıb.

25 aprel

İngiltərə Premyer Liqası

35-ci tur

"Tottenhem" - "Vest Hem" 1:1
Qollar: Dauson, 33-avtoqol (1:0), Dauson, 73 (1:1)

Bütün xəbərlər Facebook səhifəmizdə