Akkreditasiya müraciəti müddəti uzadılıb

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinə media nümayəndələrinin akkreditasiya müraciəti müddəti uzadılıb. SİA-nın məlumatına görə, qeydiyyat müddəti martın 31-dən aprelin 5-dək artırılıb.

Onu da qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yenilənən rəsmi vebsaytı davamlı olaraq genişləndirilir. Son olaraq sayta Video və Foto bölmələri əlavə edilib. Burada BŞH-nin indiyədək keçirdiyi tədbirlər, eyni zamanda Avropa Qran Prisinin təbliğatı istiqamətində görülən işlərlə vizual olaraq tanış olmaq mümkündür. Həmin bölmələrdə olan video və şəkilləri elektron məlumat daşıyıcılarına endirmək imkanı da yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə