Nazir: "Formula-1 biletlərinin satışı 3-4 milyon manat gəlir gətirəcək"

Nazir: "Formula-1 biletlərinin satışı 3-4 milyon manat gəlir gətirəcək"

Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-Pri yarışının biletlərinin satışından əldə olunacaq gəlirlər haqda açıqlama verib. SİA-nın məlumatına görə, o qeyd edib ki, satışa 30 min bilet çıxarılıb: "Formula-1 üzrə Avropa Qran-Prisi yarışının biletlərinin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etmək mümkün olacaq. Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa vasitəsilə mümkündür. Hazırda neçə biletin satılması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Satışlar davam edir və işlər tam qaydasındadır".

Nazir xarici və ya yerli izləyicilərin daha çox bilet alması məsələsinə də münasibət bildirib: "Bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb. Yəni həm turistlər, həm də yerli insanlar yarış üçün istədikləri qədər bilet ala bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə