Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış "Maliyyə Bazarlarına Nəzarət Palatası" publik hüquqi şəxsə verilir. SİA-nın xəbərinə görə, bu haqda Milli Məclisin Gənclər və idman komitəsinin iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanunda idman mərc oyunları ilə bağlı yeni dəyişikliklər müzakirə edilərkən məlumat verilib.
Dəyişikliyə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənir. Bundan başqa idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan halqar hesabına maliyyələşir.
Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB