Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, birincilikdə RİOEUGİM, İOEUGİM, Atilla İKİB, Bakı Cüdo Klubu, Balaxanı OİK, DİN İC, Judo Club 2012, İppon İK, Lokomotiv İSM, MOİK, Masallı, Bərdə, Göyçay, Neftçi İKİB, Ruslan İSM, ROİL, 9 saylı UGİM, 10 saylı UGİM, 11 saylı UGİM, 14 saylı UGİM, Zenit İC, Zirvə İK, Ucar, Turan RKİM, Ümid İK və bir çox klubları təmsil edən idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar.
2002-2003-cü il təvəllüdlü oğlanlar arasında 30 kq çəki dərəcəsində Məhəmməd Hanasov (13 saylı İOEUGİM), 34 kq çəki dərəcəsində Rəşad Salayev (UGİM-9), 38 kq çəki dərəcəsində Şükran Zamanlı (Neftçi İKİB), 42 kq çəki dərəcəsində Çingiz Fəttahov (Neftçi İKİB) 46 kq çəki dərəcəsində Nahid İsmayılov (Lokomotiv İSM), 50 kq çəki dərəcəsində Mətin Rzazadə (RİOEUGİM-1), 55 kq çəki dərəcəsində Murad Əlizadə (RİOEUGİM-1), 60 kq çəki dərəcəsində Məhəmməd Əhmədov (UGİM-9), 66 kq çəki dərəcəsində Əliheydər Bayramlı (İOEUGİM-13), +66 kq çəki dərəcəsində Hüseyn Məmmədov (İOEUGİM-13), qızlar arasında isə 40 kq çəki dərəcəsində Fatimə Nəsibova (UGİM-9), 44 kq çəki dərəcəsində Fatimə Məmmədli (RİOEUGİM-2), 48 kq çəki dərəcəsində Zeynəb Məmmədova (Qəbələ), 52 kq çəki dərəcəsində Əsmər İskəndərova (Neftçi İKİB), 57 kq çəki dərəcəsində Sənubər Nəbiyeva (DİN İC), 63 kq çəki dərəcəsində isə Fidan Rəhimova (RİOEUGİM-1) I yerə çıxıb.
2004-2005-ci il təvəllüdlü oğlanlar arasında 27 kq çəki dərəcəsində Həsən Əhmədov (Balaxanı OİK), 30 kq çəki dərəcəsində Murad Əliyev (Zirvə İK), 34 kq çəki dərəcəsində Alpər Məmmədgil (Zirvə İK), 38 kq çəki dərəcəsində Aydın Rzayev (İOEUGİM-13), 42 kq çəki dərəcəsində Əli Əmrəyev (İOEUGİM-13), 46 kq çəki dərəcəsində Raqif İsmayılov (Elxan İK), 50 kq çəki dərəcəsində Rəfael Əlizadə (UGİM-9), 55 kq çəki dərəcəsində Məhəmməd Bağırov (RİOEUGİM-1), +55 kq çəki dərəcəsində Murad Ağaquliyev (RİOEUGİM-2), qızlar arasında isə 28 kq çəki dərəcəsində Rəmziyyə Hüseynova (Lokomotiv İSM), 32 kq çəki dərəcəsində Fəridə İsgəndərova (RİOEUGİM-2), 36 kq çəki dərəcəsində Lətifə Abbasova (İOEUGİM-13), 40 kq çəki dərəcəsində Cəmilə Əsədova (RKİM), 44 kq çəki dərəcəsində Ülya Məmmədova (Turan), 48 kq çəki dərəcəsində isə Aytən Xəlilova (RİOEUGİM-1) I yerə layiq görülüb.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB