Teymur Məmmədov: "İlk məqsədim Olimpiadaya vəsiqə qazanmaqdır" AÇIQLAMA

Teymur Məmmədov: "İlk məqsədim Olimpiadaya vəsiqə qazanmaqdır" AÇIQLAMA

"2015-ci il mənim üçün yaxşı keçib. Bu ildə mən I Avropa Oyunlarında qızıl medal qazanmışam". Bu sözləri SİA-ya açıqlamasında I Avropa Oyunlarının qalibi, tanınmış boksçu Teymur Məmmədov deyib. İdmançı qeyd edib ki, 2015 ildə övladının dünyaya gəlməsi də ona sevinc bəxş edib: "2015-ci ildə mənim oğlum dünyaya gəldi. Bu, çox gözəl bir hissdir".

Boksçu bu il dünya çempionatına yaxşı hazırlaşa bilmədiyini, məhz buna görə də məğlub olduğunu bildirib.

T. Məmmədov 2016-cı ildəki planlarından danışıb: "2016-cı ildə ilk məqsədim Türkiyənin Ankara şəhərində lisenziya xarakterli turnirdə Rio Olimpiadasına vəsiqə qazanmaqdır. Mənim çəki dərəcəmdə 3 lisenziya var. Olimpiya Oyunlarında iştirak edib, bayrağımızı qaldırmaq istəyirəm".

O, Azərbaycanda idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib: "Mən dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezidentimiz çox gözəl insan olmaqla yanaşı, həm də böyük siyasətçidir. Dövlət başçısı idmançılara hər zaman dəstək olur. Bizə sadəcə məşq edib uğur qazanmaq qalır".

O, yığma komandanın tərkibində məşqlərini davam etdirdiyini vurğulayıb: "Yığma komandanın tərkibində məşqlər keçirəm. Mənim yığmada öz yerim var və məni qane edir. Hazırda "Rabitə" klubunun üzvüyəm.

WSB liqasında döyüşmək indi heç kimə sərf etmir. Orada lisenziya qazanmaq olmur. Öncələr təklif də olub, özüm də istəmişəm və döyüşmüşəm. Üç döyüş keçirtmişəm. Daha sonra təklif olmayıb. Amma heç istəmərəm təklif etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə