Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib. Çempionatın yeddinci turunda "Araz" komandası BDU-ya 62:53, NTD klubu AzTOP-a 68:62, "Sıçrayış" "Baku Oilers"ə 84:63, "Bakı" kollektivi isə "Dərviş"ə 79:61 hesabı ilə qalib gəlib.
Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.
Hesabında 13 xal olan NTD və "Bakı" komandaları turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. "Baku Oilers" isə 12 xalla üçüncü yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB