"SOCAR-Azərbaycan" və "Odlar Yurdu" ikinci qələbəsini qazandı

"SOCAR-Azərbaycan" və "Odlar Yurdu" ikinci qələbəsini qazandı

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb. SİA-nın məlumatına görə, turnirin son qalibi "SOCAR-Azərbaycan" klubu Almaniyanın "Verder" komandasından 5:1 hesabı üstün olub. Yarışa uğurla başlayan digər klubumuz "Odlar Yurdu" da inamlı çıxışını davam etdirir. İsveçrə "Jeneva"sı ilə qarşılaşan təmsilçimiz "quru hesablı" qələbə sayəsində liderliyə yüksəlib.

II tur

"Verder" (Almaniya) – SOCAR (Azərbaycan) - 1:5

Vlastimil Babula (2554) - Aniş Qiri (2798) – 1:0
Qennadiy Fiş (2460) - Fabiano Karuana (2796) – 0:1
Sven Çarmete (2257) - Teymur Rəcəbov (2738) – 0:1
Yoahim Asendorf (2275) – Şəhriyar Məmmədyarov (2736) – 0:1
Stefan Buhal (2329) - Rauf Mamedov (2657) – 0:1
Fabian Brinkmann (2051) - Eltac Səfərli (2657) – 0:1

"Odlar Yurdu" (Azərbaycan) – "Jeneva" (İsveçrə) - 6:0
Emil Sutovski (2635) - Klovis Vernay (2460) – 1:0
Vasif Durarbəyli (2618) - Nikita Petrov (2450) – 1:0
Ülvi Bacarani (2546) - Aleksandr Vugllemyer (2345) – 1:0
Qədir Hüseynov (2634) - Rihard Qerber (2368) – 1:0
Nicat Məmmədov (2590) - Klod Landerberqye (2353) – 1:0
Zaur Məmmədov (2458) - Stefan Batçinski (2265) – 1:0

Turnir cədvəli: 1. "Odlar Yurdu" (Azərbaycan), "Alkaloid" (Makedoniya), SŞM (Rusiya), SOCAR (Azərbaycan) - 4 xal.


Bu gün "SOCAR-Azərbaycan" və "Odlar Yurdu" Rusiya klublarına qarşı mübarizə aparacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə