Xaçmazda bir nəfər yanaraq ölüb

Xaçmazda bir nəfər yanaraq ölüb

Xaçmaz rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin döşəməsi 2 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1980 ci il təvvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğlunun yanmış meyidi aşkar olunub. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə