Ardıcıl 5 oyunda qol vurub, futbol tarixinə keçdi

22 yaşlı oyunçu bu mövsüm keçirilən hər iki görüşdə qol vurub
Ardıcıl 5 oyunda qol vurub, futbol tarixinə keçdi

Çempionlar Liqasının qrup mərhələsində doğma meydanda "Sevilya"ya 2:0 hesabı ilə qalib gələn "Yuventus"un futbolçusu Alvaro Morata tarixə keçib. Sözügedən matçda fərqlənən təcrübəli forvard qitənin ən nüfuzlu klub turnirində ardıcıl 5 qarşılaşmada qol vuran ilk ispan hücumçu olub.

22 yaşlı oyunçu bu mövsüm keçirilən hər iki görüşdə qol vurub. Morata ötən mövsüm isə ardıcıl üç oyunda rəqib qapısına yol tapmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə