"Neftçi" - "Xəzər Lənkəran" oyununun biletləri satışa çıxarılıb

"Neftçi" - "Xəzər Lənkəran" oyununun biletləri satışa çıxarılıb

Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçının biletləri bu gün satışa çıxarılıb. SİA-nın məlumatına görə, biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür. Sentyabrın 20-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.

"Bakcell Arena"da ilk oyun olduğuna görə "Neftçi" üzvlük kartlarının sahibləri üçün hədiyyə təşkil edib. Belə ki, "NeftçiKART" sahibləri bu oyunu VIP tribunadan, "NeftçiVIP" sahibləri isə "SkyBox"lardan izləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə