Millimiz İtaliya yığmasına məğlub olub

Millimiz İtaliya yığmasına məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının finalına hazırlığını İtaliyada davam etdirir. SİA-nın məlumatına görə, milli komandamız Florensiya şəhərində İtaliya yığması ilə yoxlama oyunu keçirib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş İtaliya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək. Millimiz qitə birinciliyində baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə