Elvin Məmmədov: "Hər kəsə verdikləri dəstəyə görə təşəkkür edirəm" AÇIQLAMA

"Qarabağ" klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun atası vəfat etdiyindən "Yanq Boys"la cavab oyununu buraxmalı olmuşdu. Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi dünəndən məşqlərə başlayıb. O, klubun rəsmi saytına baş verənlər haqda danışıb: "Hərkəs birgün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da həyat davam edir. Bu çətin məqamda məni dəstləkləyən, zəng edən, yazıb başsağlığı verən hər kəsə təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalsitlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçisi Qurban Qurbanov da mənə ailəmin yanında olmağa şərait yaratdı. "Yanq Boys"la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsiylə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa Liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdir. Bugündən məqşlərə başlayıram. Bir daha hər kəsə verdikləri dəstəyə görə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...