İtaliyanın "İnter" klubu yay transfer mövsümünün son günü daha iki futbolçu ilə heyətini gücləndirib. SİA-nın məlumatına görə, klub "Qalatasaray"ın heyətində çıxış edən Felipe Melo və Aleks Telleslə razılığa gəlib. Felipe Melonu 3.7 milyon avroya transfer edən "İnter", Aleks Tellesi isə mövsüm sonunadək icarəyə götürüb.
Qeyd edək ki, italiyanlar bundan öncə "Mançester Siti"dən Stefan Yovetiçi transfer etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB