İyulun 25-də Çexiyanın Pardubitsa şəhərində 35 ölkədən 150 şahmatçının iştirakı ilə "A" qrossmeyster turniri başlanıb. Turnirin iştirakçıları arasında Azərbaycan nümayəndələri də vardır. Bunlar 18 yaşınadək olan şahmatçılar arasında çıxış edən Günay Məmmədzadə (2320) və FİDE ustası Nail Bəşirlidir (2235).
Qrossmeyster turnirində birinci tur keçirilib. Bu turda qara fiqurlarla oynayan Günay Məmmədzadə Sloveniya nümayəndəsi Primoz Petekə qalib gəlib, Nail Bəşirli isə çexiyalı Robert Çvekə uduzub. İkinci tur üçün püşkatmanın nəticələrinə görə, Azərbaycan şahmatçıları çexlərlə oynayacaqlar. G.Məmmədzadə Riçard Biolek ilə, N.Bəşirli isə Tomas Ptaçek ilə görüşəcək.
Çexiyada beynəlxalq turnir İsveçrə sistemi üzrə 9 turda keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB