Avstriyalı güləşçi: “Bakıda əla atmosfer var" AÇIQLAMA

Avstriyalı güləşçi: “Bakıda əla atmosfer var" AÇIQLAMA

"I Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub. "Bakı-2015"in açılış mərasimi möhtəşəm idi". Bu sözləri SİA-ya açıqlamasında avstriyalı güləşçi Sabrina Seidl (60 kq) deyib. O, Azərbaycandan çox xoşu gəldiyini qeyd edib: "Bakıda əla atmosfer var. Mən 2012-ci ildə də Azərbaycanda olmuşam. Azərbaycan onda da gözəl idi. İndi ölkəniz daha da gözəlləşib. Möhtəşəm idman arenaları inşa olunub. Burada özümüzü tam rahat hiss edirik. Bu gün bizim komandadan heç kimin çıxışı olmadığı üçün Bakını gəzməyə çıxacağıq".

O, "Bakı-2015"dəki çıxışı barədə də danışıb: "1/4 finalda litvalı güləşçiyə 5:0 hesabı ilə məğlub oldum. Fasilədən sonra mən nə olduğunu anlamadım. Rəqibim finala çıxmadığı üçün bürünc medal uğrunda da güləşə bilmədim. Ümumi komandamız isə (Bütün idman növləri üzrə- red) I Avropa Oyunlarında hələ ki, 6 medal qazanıb. Ümid edirəm ki, medallarımızı artıracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə